DÜNYA

02 Avqust

İranın vitse-prezidenti Dohada İsmayıl Haniyənin dəfn mərasimində iştirak edəcək

İranın vitse-prezidenti Məhəmmədreza Arif Tehranda öldürülən HƏMAS lideri İsmayıl Haniyənin dəfnində iştirak etmək üçün Qətərin paytaxtı Dohaya gedib.

Fins.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Bildirilib ki, onunla vida mərasimi Dohada Məhəmməd bin Abdul Vahhab məscidində keçiriləcək. Mərhuma məsciddə cənazə namazı qılınacaq. İsmayıl Haniyə Dohanın şimalındakı Lusaile qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, iyulun 31-i saat 02 radələrində İsmayıl Haniyə Tehranda iqamətgahında öldürülüb.

Kaira Ağayeva 

Fins.az