DÜNYA

02 Avqust

Aİ Gürcüstana maliyyə yardımını dayandıra bilər

Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel bildirib ki, Aİ avqustun 1-dən qüvvəyə minən “xarici agentlər” haqqında qanunun qəbulundan sonra Gürcüstana maliyyə yardımını dayandırmağı düşünür.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, hakim “Gürcü Arzusu” partiyası ölkədə geniş etirazlara və beynəlxalq qınaqlara baxmayaraq, mübahisəli qanunu qəbul edib.

Stano Aİ-nin qanunla bağlı narahatlığını təkrarlayıb və bunu ölkənin Avropaya inteqrasiya yolunda “geri addım” adlandırdı.

İyulda ABŞ Gürcüstanla birgə hərbi təlimləri qeyri-müəyyən müddətə təxirə salıb və ölkəyə 95 milyon dollardan çox yardımı dayandırıb.

Qanunun ölkənin Aİ-yə üzv olmaq istəklərini təhlükə altına saldığını deyən Gürcüstan prezidenti Salome Zurabişvili iyulun 15-də qanundan şikayətini Konstitusiya Məhkəməsinə təqdim edib.

Zurabişvilinin bu addımından sonra Gürcüstanın ən böyük müxalifət partiyası olan Vahid Milli Hərəkat (VHM) mübahisəli qanunla bağlı Konstitusiya Məhkəməsinə iddia qaldıracağını açıqlayıb.