DÜNYA

31 İyul

Fransada atom elektrik stansiyaları haqqında məlumat olan kompüterlər oğurlanıb

Fransanın Marsel şəhərində EDF podratçılarının ofislərindən 15 kompüter oğurlanıb.

Fins.az xəbər verir ki, hadisə bazar günü baş versə də, şirkətə bu barədə iyulun 30-da məlumat daxil olub.

EDF oğurlanmış kompüterlərdə həssas məlumatların olmadığını bildirsə də polis bu açıqlamadan elə də əmin deyil.

Marsel prokurorluğu cinayət işi açıb və oğurluğu törədən şəxslərin axtarışı davam edir. Polis yoxlaması zamanı məlum olub ki, binada heç bir müşahidə kamerası yoxdur.

Kaira Ağayeva 

Fins.az