DÜNYA

31 İyul

ABŞ-ın müdafiə naziri: Vaşinqton İsrailə hücum ediləcəyi təqdirdə onu müdafiə edəcək

Vaşinqton İsrailə hücum ediləcəyi təqdirdə onu müdafiə edəcək.

Fins.az "Teh Times of Israel"ə istinadən xəbər verir ki, bunu Filippində keçirdiyi mətbuat konfransında ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.

O, eyni zamanda ölkəsinin İranda HAMAS lideri İsmayıl Haniyənin öldürülməsindən sonra bölgədə gərginliyi azaltmağa çalışacağını vurğulayıb.

Pentaqon rəhbəri Yaxın Şərqdə daha genişmiqyaslı müharibənin qaçılmaz olmadığını söyləyib.

Kaira Ağayeva 

Fins.az