DÜNYA

31 İyul

Bakı ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasında gələcək irəliləyişə kömək etmək səylərini alqışlayır

Bakı, ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasında gələcək irəliləyişə kömək etmək səylərini alqışlayır.

Fins.az xəbər verir ki, bunu Vaşinqtonda Hudson İnstitutunda onlayn seminarda çıxış edən Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.

"ABŞ hər zaman daha geniş Xəzər regionunda, o cümlədən Cənubi Qafqazda sabitliyin və mehriban qonşuluq münasibətlərinin təşviqində mühüm rol oynayıb. Biz ABŞ-ın siyasi müstəqillik, suverenlik və ərazi bütövlüyünə göstərdiyi sarsılmaz dəstəyi həmişə yüksək qiymətləndirmişik və bir sıra regionlarda 30 ildən artıqdır ki, çox fəal tərəfdaşıq", - deyə Əmirbəyov bildirib.

Əmirbəyov həmçinin xatırladıb ki, Azərbaycan və ABŞ enerji sahəsində çox səmərəli əməkdaşlıq edir.

“Biz eyni zamanda mühüm regional və beynəlxalq təhlükəsizlik problemlərini birlikdə həll edirik. Dövlət olaraq ABŞ-ın etibarlı tərəfdaşlarından biri olduğumuza görə, Cənubi Qafqazın ucqar coğrafi regionunda yerləşən bu iki ölkənin nəhayət ki, münaqişənin öhdəsindən gəlməsi Ermənistanla da yaxşı münasibətləri olan Birləşmiş Ştatların marağındadır. Əslində, bu, regionda rifah, sabitlik və inkişafın yeni dövrünü açır”, - deyə o əlavə edib.

Kaira Ağayeva

Fins.az