DÜNYA

31 İyul

Türkiyə və Ermənistan diplomatik pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını sadələşdirmək barədə razılığa gəliblər

Türkiyə və Ermənistan arasında diplomatik pasport sahibləri üçün viza prosedurlarının qarşılıqlı sadələşdirilməsi barədə razılıq əldə olunub.

Fins.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumat yayılıb.

Bildirilib ki, tərəflər həmçinin Ahurik-Akyaka dəmir yolu sərhəd-keçid məntəqəsinin işə salınması üçün regionun texniki ehtiyaclarının qiymətləndirilməsi ilə bağlı razılığa gəliblər.

İki ölkə arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələr Ruben Rubinyan və Sərdar Kılıç iki ölkə arasında münasibətlərin normallaşdırılması üzrə son məqsədə nail olmaq üçün heç bir ilkin şərt qoyulmadan nizamlanma prosesini davam etdirməyə sadiq olduqlarını təsdiqləyiblər.

Qeyd edək ki, bu gün Ermənistan-Türkiyə sərhədində iki ölkə arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələr Ruben Rubinyan və Sərdar Kılıçın 5-ci görüşü baş tutub.

Kaira Ağayeva

Fins.az