DÜNYA

31 İyul

Lukaşenko edam cəzasına məhkum edilmiş Almaniya vətəndaşı Krigeri əfv edib

Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə ölüm hökmü çıxarılan Almaniya vətəndaşı Riko Krigeri əfv edib.

Fins.az xəbər verir ki, bu barədə BELTA-ya dövlət başçısının mətbuat xidmətindən məlumat verilib.

“Belarus prezidenti Aleksandr Lukaşenko Almaniya vətəndaşı Riko Krigeri əfv etmək qərarına gəlib.”- deyə agentlik yazır.

Qeyd edək ki, iyulun 20-də “Reuters” agentliyi Ukraynada Rusiyaya qarşı döyüşlərdə iştirak etmiş Almaniya vətəndaşının Belarusda edam cəzasına məhkum edildiyi barədə məlumat yayıb. Məlum olub ki, iyunun sonunda Belarus məhkəməsi 30 yaşlı Krigeri Cinayət Məcəlləsinin altı maddəsi ilə məsuliyyətə cəlb edib. Onun 2023-cü ilin noyabrından həbsdə olduğu bildirilir.

Kaira Ağayeva

Fins.az