DÜNYA

29 İyul

Livan hökuməti ABŞ-a xəbərdarlıq edib

Livan hökuməti ABŞ-a xəbərdarlıq edib ki, İsrailin ölkə ərazisinə istənilən genişmiqyaslı hücumu regional münaqişəyə gətirib çıxaracaq.

Fins.az xəbər verir ki, bunu ölkənin xarici işlər naziri vəzifəsini icra edən Abdalla Bu Həbib bildirib.

“Livan Amerika Birləşmiş Ştatlardan bütün Yaxın Şərqi bürüyəcək münaqişənin qarşısını almaq üçün davam edən hərbi eskalasiya fonunda İsraili cilovlamaq barədə müraciət edib”, - deyə o qeyd edib.

Nazir əlavə edib ki, ABŞ-da Livan hakimiyyətini “Hizbullah”ı cilovlamaq üçün tədbirlər görməyə çağırıb.