DÜNYA

28 İyul

İyun ayında ABŞ əhalisinin xərcləri 0.3% artıb

ABŞ-ın Ticarət Departamentinin hesabatına görə, 2024-cü ilin iyun ayında ölkə əhalisinin xərcləri əvvəlki ay ilə müqayisədə 0.3% artıb.

Fins.az xəbər verir ki, amerikalıların gəlirləri isə 0.2% artıb. Ekspertlərin proqnozu xərclərin 0.3%, gəlirlərin isə 0.4% artmasını nəzərdə tuturdu.

May ayı üzrə yenilənmiş məlumatlara əsasən, ABŞ əhalisinin həm xərcləri, həm də gəlirləri 0.4% artıb. Qeyd etmək lazımdır ki, ilk öncə ötən ay xərclərin 0.2%, gəlirlərin isə 0.5% artdığı bildirilmişdir. İstehlakçı Qiymətləri İndeksi (PCE indeksi) may ayında sıfır dinamika göstərdikdən sonra iyun ayında əvvəlki ay ilə müqayisədə 0.1% artıb. İllik ifadədə artım tempi 2.6%-dən 2.5%-ə qədər azalıb. Hər iki halda göstəricilər analitiklərin proqnozları ilə üst-üstə düşdü.

Ərzaq və enerji resurslarının dəyərini nəzərə almayan “PCE Core” indeksi iyun ayında 2.6% artıb. Mütəxəssislər artım tempinin 2.5%-ə qədər azalacağını ehtimal edirdilər.