DÜNYA

25 İyul

Kreml Rusiya Federasiyasının Suriya ilə Türkiyə arasında münasibətlərin yaxşılaşdırılmasında maraqlı olduğunu bildirib

Kreml bildirib ki, Dəməşq və Ankara arasında münasibətlərin normallaşması həm Suriya münaqişəsinin siyasi həllinin davam etdirilməsi, həm də bütün regionda sabitliyin bərqərar olması üçün vacibdir. Prezidentin mətbuat katibi Dmitri Peskov avqustda Moskvada Türkiyə və Suriya dövlət başçılarının görüşünün keçirilməsinin mümkün olub-olmaması ilə bağlı sualı cavablandırarkən belə deyib.

Fins.az xəbər verir ki, eyni zamanda Kreml nümayəndəsi belə bir görüşün prinsipial olaraq baş tutub-tutmayacağını dəqiqləşdirməyib. "İndi daha konkret bir şey söyləyə bilmərəm", - deyə Peskov qeyd edib.

O əlavə edib ki, Türkiyə və Suriya nümayəndələri arasında müxtəlif səviyyələrdə müəyyən təmasların təşkilinin asanlaşdırılması gündəmdədir. “Bir çox ölkələr və təbii ki, Rusiya regionda mühüm rol oynayan bir ölkə kimi iki ölkəyə münasibətlərin yaxşılaşdırılmasına kömək etməkdə maraqlıdır”, - deyə Kreml nümayəndəsi bildirib.

Kaira Ağayeva 

Fins.az