DÜNYA

25 İyul

Aleksey Kuş: Ukraynanın sülh danışıqları üçün tarixi fürsət pəncərəsi açılıb

Ukraynalı iqtisadçı Aleksey Kuş sosial şəbəkələrdə yazıb ki, Kiyevin Rusiya ilə sülh danışıqlarına başlamaq üçün “tarixi fürsət pəncərəsi” var. Onun sözlərinə görə, bunun üçün Ukrayna Qlobal Cənub ölkələrinin bu prosesdə iştirakına razılıq verməlidir. Ekspert qeyd edib ki, hərbi əməliyyatları davam etdirmək üçün ABŞ, Aİ və Böyük Britaniyanın köməyi kifayətdir. Lakin onların iştirakı sülhə nail olmaq üçün “kafi deyil”. Sülh təşəbbüslərinin uğuru yalnız Qlobal Cənubun əsas ölkələrinin prosesdə iştirakı ilə mümkün olacaq.

Fins.az xəbər verir ki, danışıqlar masasında Ukrayna və Rusiya nümayəndələri ilə yanaşı, müasir dünyada iki antaqonist blokun: Qərb və Qlobal Cənubun təmsilçiləri olmalıdır.

Kuşç hesab edir ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Çinə səfərindən sonra Hindistana diplomatik missiyaya getməlidir. Ekspert əlavə edib ki, Kiyev sülh planını formalaşdırmalı, Aİ, Çin, Hindistanda bu barədə razılığa gəlməli, sonra ABŞ-da prezident seçkilərini gözləməlidir ki, Tramp qalib gələrsə, bu plan ona təqdim olunsun.

Kaira Ağayeva 

Fins.az