DÜNYA

24 İyul

Korrupsiyada ittiham olunan ermənipərəst senator Bob Menendes istefa verib

Korrupsiyada təqsirli bilinən ermənipərəst amerikalı senator Bob Menendez istefa ərizəsi verib.

Fins.az xəbər verir ki, o, avqustun 20-də Senatı tərk edəcək.

Xatırladaq ki, bu yaxınlarda Nyu-York münsiflər heyəti Menendesi ona qarşı irəli sürülən 16 rüşvət ittihamının hamısında təqsirli bilib.

Qeyd olunur ki, Menendez barəsində hökm oktyabrın 29-da elan olunacaq. Ermənipərəst senatoru həbs gözləyir.

ABŞ-ın ermənipərəst senatoru Bob Menendez və həyat yoldaşı Nadin Arslanyana qarşı irəli sürülən ittihamlar arasında ədalət mühakiməsinə mane olmaq üçün sui-qəsd, dövlət məmurunun xarici agenti kimi fəaliyyət göstərmək, rüşvətxorluq, zorakılıq yolu ilə pul əldə etmək və fırıldaqçılıq daxildir.

Səlahiyyətlilər deyirlər ki, Menendezlər iş adamlarından nağd pul, qızıl külçələr və dəbdəbəli avtomobillər şəklində rüşvət alıb, onlara xarici siyasətdə kömək və təsir vəd ediblər.

Kaira Agayeva

Fins.az