DÜNYA

24 İyul

Azərbaycan və Rusiya Cənubi Qafqazdakı mövcud vəziyyəti müzakirə ediblər

Azərbaycan və Rusiya Cənubi Qafqazdakı mövcud vəziyyəti müzakirə ediblər.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov ilə məsləhətləşmələr aparıb.

Fins.az xəbər verir ki, tərəflər Cənubi Qafqaz və ona bitişik regionlardakı mövcud vəziyyəti müzakirə ediblər. Aİ və NATO məsələləri, ATƏT-dəki vəziyyət və Avropa Şurasının regional fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Bundan əlavə, qarşılıqlı maraq doğuran bir sıra ikitərəfli və beynəlxalq mövzulara toxunulacaq.

Kaira Agayeva

Fins.az