2024-cü ilin yanvar-iyun aylarında Türkiyədən maşınqayırma məhsulları ixracı 13,5 milyard dollar təşkil edib. Trend xəbər verir ki, bu barədə Maşın və Avadanlıq İxracatçıları Assosiasiyası (MAİB) məlumat yayıb.
Fins.az xəbər verir ki, Avropanın istehsal sənayesindəki durğunluq və investor tələbinin azalması səbəbindən Türkiyənin Almaniya, İtaliya, İngiltərə, Fransa və İspaniya kimi əsas ölkələrə ixracı 6,6 faiz azalaraq 17,9 faiz təşkil edib.
Anti-Rusiya sanksiyaları səbəbindən Avropa İttifaqına daşınmaların 4 faiz, digər Avropa ölkələrinə isə 17 faiz azalmasına baxmayaraq, bu, Şimali Amerikaya ixracda 24 faiz, Latın Amerikasına 11 faiz, Asiyaya isə 14 faiz artımla kompensasiya edilib.
Kaira Agayeva
Fins.az