DÜNYA

24 İyul

CDU Berlin şöbəsi Rusiyaya məxsus daşınmaz əmlakları satmağı təklif edir

Müxalifət partiyası olan Xristian Demokrat İttifaqının (CDU) Berlin şöbəsi Almaniyanın paytaxtında Rusiyaya məxsus daşınmaz əmlakları satmaq və əldə olunan gəliri Ukraynaya kömək etmək təşəbbüsü ilə çıxış edib. “XDİ-nin Berlin şöbəsi Berlində rəsmi olaraq Rusiyaya məxsus olan evlərin götürülməsini təklif edir”, – nəşr yazır.

Fins.az xəbər verir ki, müsadirə edilməsi təklif olunan binalar arasında Berlinin Karlshorst rayonunda, Şpre çayının sahili yaxınlığındakı istifadəsiz evlərin olduğu iddia edilir. Əvvəllər orada bir qrup sovet qoşununun Almaniyadakı hərbi hissəsi yerləşirdi. Nəşrin aydınlaşdırdığı kimi, təşəbbüsün müəlliflərindən biri Ukrayna əsilli Liliya Usik olub. Məhz o, daşınmaz əmlakın satışından toplanan pulu Ukraynaya dəstək üçün istifadə etməyi təklif edib. Bundan əlavə, siyasətçi təkid edir ki, Brüssel bu məsələyə yekun aydınlıq gətirməlidir. Eyni zamanda məqalədə əlavə olunur ki, bu evlərin əraziləri qaydasında saxlanılır - ildə bir-iki dəfə rusdilli kişilər ora gəlib ot biçirlər.

Berlin Tikinti Komitəsinin nümayəndələri jurnalistlərin sualına cavab olaraq izah ediblər ki, Rusiya Federasiyasının əmlaklarının dövlətə verilməsi ilə bağlı hələlik heç bir razılaşma yoxdur.

Kaira Ağayeva 

Fins.az