DÜNYA

23 İyul

Türkiyə vətəndaşlığının alınması prosesi daha da mürəkkəbləşir

Türkiyə vətəndaşlığının alınması prosesi daha da mürəkkəbləşir.

Fins.az xəbər verir ki, bunu Türkiyənin əhali və vətəndaşlıq məsələləri üzrə məsul əməkdaşı İbrahim Taşyapan deyib.

Onun sözlərinə görə, şəxs Türkiyə vətəndaşlığı üçün müraciət edərkən polisə və Milli İstihbarat Təşkilatına (MİT) müraciət edir. Proses o zaman başlayır ki, şəxsin vətəndaşlıq alması milli təhlükəsizliyə və ictimai asayişə xələl gətirməsin.

İbrahim Taşyapan bildirib ki, Türkiyə prezidenti vətəndaşlıq verilməsini təsdiq etməmişdən əvvəl bu proseslər təxminən 5-6 ay çəkdiyi üçün yenidən İnterpola sorğu göndərilir.

“İkinci yoxlama aparıldıqdan və İnterpola sorğu göndərildikdən sonra ərizə prezident tərəfindən təsdiqlənir”, o əlavə edib.

Kaira Agayeva

Fins.az