DÜNYA

23 İyul

Rusiyada baş verən ağır yol qəzasında 4 nəfər ölüb

Rusiyanın Novosibirsk vilayətində ağır yol qəzası baş verib. 

Fins.az “TASS”a istinadən xəbər verir ki, minik avtomobilinin evakuatorla toqquşması nəticəsində dörd nəfər ölüb, bir nəfər yaralanıb. 

Yaralı uşaq təcili olaraq xəstəxanaya aparılıb. 

İlkin məlumata görə, Novosibirskdən Ordinskoye kəndi istiqamətində hərəkət edən “Chevrolet Cobalt” markalı avtomobil “Hyundai” markalı evakuatorla toqquşub. Bundan sonra avtomobil yoldan çıxaraq kanala aşıb. Faktla bağlı araşdırma aparılır. 

Kaira Agayeva 

Fins.az