DÜNYA

19 İyul

Husilər İsrailin Təl-Əvivi pilotsuz uçan aparatla vurub

Cümə günü səhər Təl-Əvivin mərkəzində şübhəli pilotsuz təyyarənin partlaması nəticəsində bir nəfər həlak olub, məsuliyyəti Yəməndəki Husi yaraqlıları öz üzərinə götürüb.

Fins.az xəbər verir ki, İranın dəstəklədiyi qrup, İsrailin ticarət paytaxtına radarların aşkarlaması çətin olan yeni tipli pilotsuz təyyarə ilə hücum etdiyini bildirib və şəhəri və ölkənin digər hissələrini yenidən hədəfə alacağına söz verib.

Kaira Agayeva 

Fins.az