DÜNYA

19 İyul

"Mançester Yunayted" klubunun futbolçususürücülük hüququndan məhrum edilib

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Markus Reşford yol hərəkəti qaydalarını pozduğuna görə sürücülük hüququndan məhrum edilib.

Fins.az "Manchester Evening News"a istinadən xəbər verir ki, 26 yaşlı forvard magistral yolda sürət həddini aşıb.

Məhkəmə M.Reşfordu 6 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edib. O, həmçinin 1666 funt sterlinq (2000 avro) cərimələnib.

Kaira Agayeva 

Fins.az