DÜNYA

18 İyul

Meşə yanğını səbəbindən İzmir hava limanında uçuşlar dayandırılıb

Türkiyənin İzmir şəhərində yerləşən Adnan Menderes Hava limanında uçuşlar dayandırılıb.

Fins.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, buna səbəb şəhərin yaxınlığındakı meşə yanğınları olub.

Məlumata görə, İzmirə gələn uçuşların istiqaməti dəyişdirilərək Bodrum hava limanına yönləndirilib.

Qeyd edilib ki, yanğınla mübarizə üçün əraziyə 35 yanğınsöndürən maşınla birlikdə 7 təyyarə və 16 helikopter cəlb olunub.