DÜNYA

18 İyul

Ceyms Devid Vens: ABŞ-ın müttəfiqləri təhlükəsizliklərini təmin etmək üçün özləri məsuliyyət daşıyacaqlar

“ABŞ-ın müttəfiqləri təhlükəsizliklərini təmin etmək və sülhü qorumaq üçün özləri məsuliyyət daşıyacaqlar”.

Fins.az xəbər verir ki, bunu Respublikaçılar Partiyasından ABŞ-ın vitse-prezidenti vəzifəsinə namizəd Ceyms Devid Vens Miluokidə keçirilən milli qurultayda çıxışı zamanı deyib.

O qeyd edib ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp noyabrda keçiriləcək seçkilərdə qalib gəlsə, bütün dünyada sülhün qorunması yükünü müttəfiqlərimiz daşıyacaq:

“Ölkələr (ABŞ müttəfiqləri – Qeyd) üçün daha pulsuz səyahət yoxdur”.