DÜNYA

18 İyul

Vens: ABŞ xaricdə hərbi gücdən yalnız lazım gəldikdə istifadə edəcək

Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizəd Ceyms Devid Vens bildirib ki, keçmiş ABŞ lideri Donald Tramp prezident seçilsə, ölkə yalnız lazım gəldikdə xaricdə hərbi gücdən istifadə edəcək.

Fins.az xəbər verir ki, bu barədə o, Miluokidə Respublikaçıların Milli Qurultayında çıxışı zamanı deyib.

“Biz uşaqlarımızı ancaq lazım olanda döyüşə göndərəcəyik. Prezident Tramp İŞİD-in məhv edilməsi və bir çox digər hərəkətləri ilə göstərdi ki, biz vurduğumuz zaman güclü zərbə vururduq”, - deyə o qeyd edib.

Kaira Agayeva 

Fins.az