DÜNYA

17 İyul

Yuri Qura: Roman Qriqorçukla söhbətim olmayıb

Roman Qriqorçukla söhbətim olmayıb.

Fins.az xəbər verir ki, bunu "Şerif"in (Moldova) baş məşqçisi Yuri Qura UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Zirə" ilə Bakıda keçiriləcək oyun öncəsi mətbuat konfransında deyib.

Mütəxəssis həmyerlisi ilə Azırbaycan klubları haqqında danışmadığını bildirib:

"O, artıq "Neftçi"dədir. Onunla Azərbaycan klubları haqqında heç bir söhbətim olmayıb".

Qeyd edək ki, "Zirə" və "Şerif" arasında cavab matçı iyulun 18-də, saat 20:00-da "Dalğa Arena"da baş tutacaq. Moldovada gerçəkləşən ilk görüşdə Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda 1:0 hesablı qələbə qazanıb.

Kaira Agayeva 

Fins.az