DÜNYA

16 İyul

Estoniyada müdafiə sahəsi ilə bağlı vergi tətbiq ediləcək

Estoniyada 2027-ci ildə keçiriləcək növbəti parlament seçkilərinə qədər müdafiə sahəsi ilə bağlı vergi tətbiq ediləcək.

Fins.az xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna deyib.

Onun sözlərinə görə, bu verginin çoxkomponentli olacağı gözlənilir: “İkinci mühüm məqam müdafiə sahəsi ilə bağlı verginin müvəqqəti tətbiq edilməsi ilə bağlıdır”.

Nazir vurğulayıb ki, verginin məbləği əhalinin müxtəlif kateqoriyaları üçün gəlirlərindən asılı olaraq dəyişəcək.

Kaira Agayeva 

Fins.az