DÜNYA

15 İyul

Azərbaycanda istehlakçılar tələbatlarını qarşılamaq üçün ayda orta hesabla 558 manat xərcləyiblər

Cari ilin yanvar-iyun aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 34,1 milyard manat olmaqla 2023-cü ilin yanvar-iyun aylarına nisbətən müqayisəli qiymətlərlə 4,1 faiz artıb.

Fins.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2023-cü ilin birinci yarısı ilə müqayisədə 3,9 faiz artaraq 32,8 milyard manata bərabər olub, onun 45,2 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 557,9 manat və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 22,4 manat çox vəsait xərcləyib.

Kaira Agayeva 

Fins.az