DÜNYA

15 İyul

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

Cari ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,9 faiz artaraq 5 milyard 832,7 milyon manat olub. 

Dövlət Statistika Komitəsindən Fins.az xəbər verir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 4380,7 milyon manatlıq xidmət göstərilib. Bu, xidmətlərin ümumi dəyərinin 75,1 faizini təşkil edib.

Cari ilin yanvar-iyun aylarında hər bir ölkə sakini orta hesabla 572,4 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 47 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Kaira Agayeva 

Fins.az