DÜNYA

10 İyul

Modi və Putin Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə bağlı razılığa gəldi

Hindistan və Rusiya Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi, Şimal dəniz marşrutu, eləcə də Çennay-Vladivostok marşrutu üzrə yükdaşımalarını artırmaqla iqtisadi əməkdaşlığı inkişaf etdirəcəklər.
Fins.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, iki ölkənin rəhbəri Vladimir Putin və Narendra Modinin Rusiya-Hindistan iqtisadi əməkdaşlığının 2030-cu ilə qədər olan dövr üçün strateji istiqamətlərinin inkişafı haqqında birgə bəyanatında yer alıb.
Sənəddə vurğulanır ki, ikitərəfli iqtisadi əməkdaşlığın “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin, Şimal Dəniz Marşrutunun və Çennay-Vladivostokun yeni marşrutlarının işə salınması yolu ilə Hindistanla yük dövriyyəsinin artırılması kimi əsas sahədə inkişaf etdirilməsi planlaşdırılır”.
Bundan əlavə, tərəflər malların maneəsiz hərəkəti üçün intellektual rəqəmsal sistemlərdən istifadə etməklə gömrük prosedurlarını optimallaşdırmaq barədə razılığa gəliblər.