DÜNYA

09 İyul

Biləsuvar və Cəlilabadın kəndlərində yararsız elektrik xətləri dəyişdiriləcək

Biləsuvar və Cəlilabad rayonlarının bəzi kəndlərində yararsız hala düşmüş elektrik xətləri dəyişdiriləcək.

Fins.az xəbər verir ki, müvafiq qurumlar bu istiqamətdə hazırlıqlara başlayıb.

Belə ki, Biləsuvar rayonunun Ağalıkənd, Yuxarı Cürəli, Cəlilabad rayonunun Ləkin kəndləri ərazisində 10 kV-luq hava xətləri yenilənəcək. Eləcə də 0,4 kV-luq elektrik şəbəkəsi yeni xətlərlə yenidən qurulacaq.

Qeyd edək ki, sözügedən yaşayış məntəqələrini elektrik enerjisi ilə təmin edən naqillərin uzun illərdən bəri yenilənməyib. Buna görə də güclü külək və digər təbiət hadisələri zamanı xətlərdə qırılmalar baş verir.

Kaira Agayeva 

Fins.az