DÜNYA

08 İyul

Azərbaycan "2024 Korea Import Fair” sərgisində təmsil olunub

Seul şəhərində keçirilən “2024 Korea Import Fair” beynəlxalq sərgisində bu ilin mart ayında Cənubi Koreyadan Azərbaycana gələn alıcı missiyasının davamı olaraq yerli şirkətlərin məhsulları Azərbaycanın Koreyadakı Səfirliyinin təşkilatçılığı ilə vahid stenddə nümayiş olunub.

Fins.az xəbər verir ki, İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) verilən məlumata görə, məhsullar ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Sərgi çərçivəsində keçirilən “Azərbaycanda investisiya imkanları” mövzusunda seminarda AZPROMO-nun icraçı direktoru Yusif Abdullayevin iştirakçılara videomüraciəti ünvanlanıb. Tədbirdə həmçinin Agentliyin icraçı direktorunun müavini Tural Hacılı çıxış edərək Azərbaycanın biznes mühiti, ölkəmizin ticarət və investisiya imkanları, ixracatçılara göstərilən dəstək mexanizmləri haqqında məlumat verib. Seminara sual-cavab sessiyası ilə yekun vurulub.

Kaira Agayeva 

Fins.az