DÜNYA

03 İyul

Bu il Azərbaycandan İtaliyaya 9,6 milyard kubmetr qazın nəqli proqnozlaşdırılır

İndiyə kimi Avropaya tədarük edilən 37,9 milyard kubmetr qazın 30 milyard kubmetrdən çoxu İtaliyaya nəql edilib.

Fins.az xəbər verir ki, Energetika Nazirliyindən verilən məlumata görə, bu barədə nazir Pərviz Şahbazov Milanda İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto Fratini ilə görüşü zamanı deyilib.

Görüşdə bu il İtaliyaya 9,6 milyard kubmetr qaz tədarükünün proqnozlaşdırıldığı, 2026-cı ildən TAP-ın ötürücülük gücünün 1,2 milyard kubmetr genişlənməsinin isə enerji təhlükəsizliyi və dekarbonizasiya məsələlərində əməkdaşlığımızı gücləndirəcəyi bildirilib.

Kaira Agayeva 

Fins.az