DÜNYA

02 İyul

Almaniyada illik inflyasiya 2.2%-ə qədər enib

Almaniyanın Federal Statistika Bürosunun (Destatis) press-relizinə əsasən, ilkin hesablamalara görə, may ayı ilə müqayisədə iyun ayının sonunda ölkədə illik inflyasiya 2.4%-dən 2.2%-ə qədər enib.

Fins.az xəbər verir ki, analitiklər göstəricinin yalnız 2.3% səviyyəsinə qədər dəyişəcəyini proqnozlaşdırmışdılar.

Aylıq ifadədə iyun ayında Almaniyada istehlak qiymətləri, ilkin məlumatlara görə, 0.1% artıblar. Ekspertlər 0.2%-lik artım proqnoz etmişdilər.

Baza inflyasiyası (ərzaq və enerji qiymətləri istisna olmaqla) may ayındakı 3%-dən 2.9%-ə enib. Ərzaq qiymətlərindəki ötən aylıq 0.6%-lik artımdan sonra illik ifadədə 1.1% artım qeydə alınıb. Enerji qiymətləri ötən ay 1.1% ucuzlaşdıqdan sonra illik 2.1% azalıb.

Xidmət sektorunda qiymətlər illik ifadədə 3.9%, məhsulların qiymətləri isə 0.8% artıb.

Eyni zamanda, Aİ standartlarına uyğun olaraq ölkədə istehlak qiymətləri (uyğunlaşdırılmış istehlak qiymətləri indeksi), ilkin məlumatlara görə, il ərzində 2.5% artıb. İyun ayında isə müvafiq aylıq inflyasiya 0.2% səviyyəsində qalıb.