DÜNYA

19 phrase_var_core.june

Ən az investisiya yatıran ölkələr

Londonda yerləşən İctimai Siyasət Araşdırmaları İnstitutunun (İPPR) İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) məlumatlarına əsaslanan hazırladığı təhlilə əsasən, artıq üçüncü ildir ki, Böyük Britaniya G-7 ölkələri arasında ən az investisiya yatıran ölkədir.

Fins.az xəbər verir ki, Böyük Britaniya son 30 ilin 24-ündə G-7 ölkələri arasında investisiyaların həcminə görə aşağı yerdə qərar tutub.

  2022-ci il üçün ən son müqayisəli məlumatları göstərib ki, Böyük Britaniyada özəl sektorun investisiyaları 3-cü ildir ki, bütün digər G-7 ölkələrindən aşağı olub.

  Bundan əlavə, Böyük Britaniya 31 OECD ölkəsi arasında özəl sektora investisiyalar üzrə 28-ci yerdədir.

  Sloveniya, Latviya və Macarıstan Ümumi Daxili Məhsul baxımından Böyük Britaniyadan daha çox özəl sektor investisiyaları cəlb edib. Yunanıstan, Lüksemburq və Polşada isə özəl sektorun sərmayələri Böyük Britaniyadan daha aşağı səviyyədə qalıb.