DÜNYA

14 İyun

Səudiyyə Ərəbistanının 50 illik razılaşması sona çatıb

Səudiyyə Ərəbistanının ABŞ ilə 50 illik neft dolları müqaviləsinin müddəti başa çatıb. Yeni saziş isə imzalanmayıb.

Fins.az xəbər verir ki, müqavilə 70-ci illərdə, ABŞ qızıl standartından imtina etdikdən qısa müddət sonra ortaya çıxıb. Sənədə əsasən, Səudiyyə Ərəbistanı öz neftini 50 il ərzində yalnız dollar müqabilində satmağı öhdəsinə götürüb.

İndi səudiyyəlilər qara qızılı sərbəst şəkildə bir neçə valyutada sata bilərlər: Yuan, avro, yen və sairə. 

Bir çox ekspert bu hadisəni dolların çöküşünün başlanğıcı hesab edir.