DÜNYA

11 İyun

2024-cü ilin ilk 4 ayında Türkiyəyə beynəlxalq birbaşa investisiya axını

2024-cü ilin ilk 4 ayında Türkiyəyə beynəlxalq birbaşa investisiya axını 2,8 milyard dollara çatıb.

Fins.az xəbər verir ki, Beynəlxalq İnvestorlar Assosiasiyası (YASED) Beynəlxalq Birbaşa İnvestisiyalar Bülletenini nəşr edib. Buna əsasən, aprel ayında Türkiyəyə 1 milyard 278 milyon dollar beynəlxalq birbaşa investisiya gəlib. Bu, ilin ilk 4 ayında ən yüksək aylıq investisiya məbləğidir.

2024-cü ilin aprel ayında Böyük Britaniya 134 milyon dollar və 28 faiz payla Türkiyəyə ən çox birbaşa beynəlxalq investisiya yatırıb. Ondan sinra 21 faiz payla ABŞ gəlir.

İlin ilk 4 ayı qiymətləndirildikdə Avropa İttifaqı (Aİ) ölkələrinin ümumi investisiyaların 49 faiz, Amerika qitəsinin payı isə 21 faiz olaraq qeyd edilib.

2024-cü ilin ilk 4 ayında beynəlxalq birbaşa investisiyaların ümumi məbləği 2,8 milyard dollar olub. 2002-ci ildən bəri Türkiyəyə beynəlxalq birbaşa investisiya axınının ümumi dəyəri 266 milyard dolları keçib.