DÜNYA

11 İyun

Türkiyədə işsizlik azalıb

Türkiyədə işsizlik azalıb.

Fins.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) 2024-cü ilin aprel ayı üzrə işçi qüvvəsi statistikasını açıqlayıb. Buna əsasən, Türkiyədə işsizlərin sayı aprel ayında bir əvvəlki aya – marta görə 18 min nəfər azalaraq 3 milyon 42 min nəfərə çatıb.

İşsizlik nisbəti aprel ayında martla müqayisədə 0,1 bənd azalaraq 8,5 faiz olub. 2023-cü ilin eyni aylarının müqayisəsində işsizlik səviyyəsi 1,5 bənd azalıb.