DÜNYA

15 May

Almaniyada İqtisadi İnkişaf Proqnozu İndeksi 47.1 bəndədək yüksəlib

Avropa İqtisadi Araşdırmalar Mərkəzinin (Zentrum fuer Europaische Wirtschaftsforschung, ZEW) hesabatına əsasən, Almaniya iqtisadiyyatına investorların inam indeksi aprel ayında 42.9 bənddən 47.1 bəndədək yüksəlib.

Fins.az xəbər verir ki, analitiklər göstəricinin yalnız 46 bəndədək artacağını proqnozlaşdırmışdılar.

Bundan əlavə, Almaniyada Cari Vəziyyət İndeksi -79.2 bənddən -72.3 bəndədək yüksəlib. Ekspertlər göstəricinin -75.8 bəndədək yüksələcəyini ehtimal edirdilər.

Təşkilatın verdiyi məlumata əsasən, Avrozonada İqtisadi İnkişaf Proqnozu İndeksi 43.9 bənddən 47 bəndədək yüksəlib. Avrozonada Cari Vəziyyət İndeksi -48.8 bənddən -38.6 bəndədək yüksəlib.

“Etibar artır... Bütövlükdə Avrozonada vəziyyətin yaxşılaşması ilə bağlı iqtisadi dirçəliş əlamətləri artır... Artan nikbinlik, xüsusilə, daxili istehlak gözləntilərinin kəskin artmasında özünü göstərir”, - ZEW prezidenti Axim Vambax qeyd edib.