DÜNYA

15 May

ABŞ-da İstehsal Qiymətləri İndeksi proqnozları üstələdi

ABŞ-ın Əmək Nazirliyinin verdiyi məlumata əsasən, 2024-cü ilin aprel ayında ölkədə İstehsal Qiymətləri İndeksi (PPI) illik ifadədə 2.2% artıb.

Fins.az xəbər verir ki, göstərici ekspertlər tərəfindən verilən proqnoz ilə üst-üstə düşüb.

Həmçinin ötən ay üzrə göstərici yenilənib, mart ayında PPI indeksi daha əvvəl bildirildiyi kimi 2.1% yox, 1.8% artıb.

Ərzaq və enerji xərcləri istisna olmaqla qiymətlər (Baza PPI) mart ayında 2.1% artdıqdan sonra aprel ayında 2.4% artıb. Bu səkkiz ay ərzində ən yüksək artım tempidir. Analitiklər də orta hesabla 2.4%-lik  artım proqnozlaşdırırdılar.

Aprel ayında İstehsal Qiymətləri İndeksi əvvəlki ay ilə müqayisədə 0.5%, İstehsal Qiymətlərinin Baza İndeksi isə 0.5% artıb. Qeyd etmək lazımdır ki, mart ayında hər iki göstərici 0.1% azalmışdı.