Elan edilmiş və ya təsdiqlənmiş ixtisarları izləyən “Challenger, Gray Christmas” məsləhət şirkəti mart ayı üçün hesabatını dərc edib.
Fins.az hesabata istinadən xəbər verir ki, ABŞ mərkəzli işəgötürənlər tərəfindən elan edilən ixtisarların sayı mart ayında aylıq 7% artımla 90 min 309-a çatıb. Fevral ayında 84 min 638 nəfərin işdən çıxarılacağı açıqlanmışdı.
Beləliklə, ölkədə 2023-cü ilin yanvarından bəri ən yüksək ixtisar səviyyəsi mart ayında qeydə alınıb.
Mart ayında ən çox işdən çıxarılan sektor 36 min 44 nəfərlə dövlət sektoru olduğu halda, 2011-ci ilin sentyabr ayından bu yana ən yüksək aylıq işdən çıxarılma sayına bu sahədə nail olunub.
Bu ilin birinci rübündə ixtisarlar keçən ilin son rübünə nisbətən 120 faiz artaraq 2023-cü ilin yanvar-mart dövrü ilə müqayisədə 7 faiz azalaraq 257 min 254-ə çatıb.
Texnologiya sektorundakı işdən çıxarmalar illik bazda 59% azalaraq 42 min 442-yə ilk rübdə düşsə də, ən çox işdən çıxarmaların açıqlandığı sektorlardan biri oldu.
Günel Məlikzadə
Fins.az