DÜNYA

25 Yanvar

İsrail qüvvələri Cenin şəhərinə basqın edib

İsrail qüvvələri gecə saatlarında işğal altındakı İordan çayının qərb sahilindəki Cenin şəhərinə basqın edib.

Fins.az xəbər verir ki, İsrail qüvvələrinin şəhərdə çoxlu sayda fələstinlinin evinə basqın edərək əşyalarına ziyan vurduğu bildirilib.

Şahidlərin bildirdiyinə görə, şəhərin bir çox məhəllələrində fələstinli müqavimət döyüşçüləri ilə İsrail qüvvələri arasında silahlı toqquşmalar baş verib və partlayış səsləri eşidilib.

Günel Məlikzadə
Fins.az