DÜNYA

25 Yanvar

Şimali Koreya yeni tipli raketini sınaqdan keçirdiyini açıqlayıb

Şimali Koreya “Bulhvasal-3-31” adlı yeni tipli strateji qanadlı raketin ilk sınaq atışının həyata keçirildiyini açıqlayıb.

Fins.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Raketlərin Baş İdarəsi, atəşin silah sisteminin inkişaf etdirilməsi prosesi çərçivəsində adi və məcburi bir fəaliyyət olduğunu açıqladı.

Sınaq atışının qonşu ölkənin təhlükəsizliyinə mənfi təsir göstərmədiyi bildirilib.

Günel Məlikzadə
Fins.az