DÜNYA

24 Yanvar

Aİ Qırmızı dənizdəki hücumların iqtisadiyyata təsirindən narahatdır

Avropa İttifaqı (Aİ) Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis üzv ölkələrin ticarət nazirlərinin Brüsseldə keçirilən iclasının sonunda açıqlama verib.

Fins.az xəbər verir ki, Dombrovskis Aİ-nin Çindən sonra ən böyük mal ticarətini həyata keçirdiyini və naviqasiya azadlığının dünya ticarəti üçün vacib olduğunu vurğulayaraq, "Navigasiya azadlığı Aİ üçün həyati əhəmiyyət kəsb edir" Dombrovskis deyib.

"Dünya ticarət axınının 12-15 faizi və qlobal konteyner daşımalarının 25-30 faizi Qırmızı dənizdən keçir", - Dombrovskis bildirib.

AB-nin vəziyyəti yaxından izlədiyinə diqqət çəkən Dombrovskis, Qırmızı dənizdə nəqliyyatın bir ayda yüzdə 22 azaldığını və bu mərhələdə şirkətlərin gəmilərini Ümid Burnu ətrafında yönləndirdiyini xatırladıb.

Günel Məlikzadə
Fins.az