DÜNYA

25 Dekabr

Seçki üsyanı: Minlərlə insan bələdiyyəyə basqın edib

Serbiyada Belqrad Bələdiyyə Şurasının binasına girməyə çalışan nümayişçilərə müdaxilə edilib.

Fins.az xarici KİV-ə istinadən xəbər verir ki, Serbiyanın paytaxtı Belqradda dekabrın 17-də ölkədə keçirilən ümumi və yerli seçkilərin nəticələrinə etiraz etmək üçün Belqrad Şəhər Şurasının binasına daxil olmaq istəyən nümayişçilərə polis gözyaşardıcı qazla müdaxilə edib. 

“Serbiya zorakılığa qarşı” adlı alyansa daxil olan müxalifət partiyalarının “seçki oğurluğuna qarşı” çağırışı ilə minlərlə insan paytaxtda Dövlət Seçki Komissiyasının (DK) binası qarşısına toplaşıb. Ölkədə seçkilərin yenilənməsini tələb edən nümayişçilər buradan Belqrad Bələdiyyə Məclisinin binasına doğru yürüş ediblər. 

Nümayişçilər Şəhər Şurasının binasına məşəl atıb, binanın qapısını, pəncərələrini və təhlükəsizlik kamerasını sındırıblar. Binaya girməyə mane olmağa çalışan polis nümayişçilərə qarşı gözyaşardıcı qazla müdaxilə edib.

“Serbiya zorakılığa qarşı” alyansının liderlərindən olan Miroslav Aleksiç burada verdiyi açıqlamada polisi “nümayişçilərə zərər verməməyə, onları qorumağa” çağırıb. 

Günel Məlikzadə
Fins.az