DÜNYA

12 Dekabr

Qırmızı dənizdə Norveç bayraqlı gəmiyə hücum

Qırmızı dəniz sahillərində üzən Norveç bayrağı altında üzən “STRında” gəmisi Yəməndən gəmi əleyhinə qanadlı raket hücumunun hədəfi olub. 

Fins.az euronews-a istinadən xəbər verir ki, səlahiyyətlilər tərəfindən edilən açıqlamada, hücumun gəmidə yanğına və ziyana səbəb olduğu, lakin can itkisinin olmadığı bildirildi.

Raket hücumunun paytaxt Səna da daxil olmaqla, Yəmənin böyük hissəsinə nəzarət edən husilər tərəfindən həyata keçirildiyi proqnozlaşdırılır. 

İranın dəstəklədiyi şiə silahlı qrup İsrailin Qəzzaya hücumlarının davam edəcəyi təqdirdə Qırmızı dənizdə üzən ticarət gəmilərini hədəf alacaqlarını açıqlamışdı. 

Reuters agentliyinə danışan ABŞ rəsmisi gəmiyə hücumun Qırmızı dəniz və Ədən körfəzini birləşdirən Bab əl-Məndeb boğazından təxminən 110 km şimalda, GMT ilə saat 21:00 radələrində baş verdiyini bildirib. 

Gəmi izləmə firması Kpler-in məlumatına görə, STRNDA Malayziyaya bitki yağı və bioyanacaq yükləyib və İtaliyanın Venesiyasına doğru gedirdi. 

Kimyəvi maddələrin daşınması üçün istifadə edilən tankerin Norveç bayraqlı olduğu, Norveçin Mowinckel Chemical Tankers şirkətinə məxsus olduğu və Hansa Tankers tərəfindən idarə edildiyi bildirilib.

Günel Məlikzadə
Fins.az