Cəmiyyət

26 Yanvar

Ötən il istehlakçılara 426 min manat geri qaytarılıb

Finss.az - Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə 2024-cü il ərzində istehlakçılardan daxil olan müraciətlər nəzərə alınmaqla təmin olunmuş 2702 müraciət əsasında 436 min manatadək vəsait istehlakçılara qaytarılıb.

Dövlət Xidmətindən bildirilib ki, qurum tərəfindən sahibkar-istehlakçı münasibətlərinin tənzimlənməsi və istehlakçıların qanuni maraqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlərlə müştəri məmnuniyyətinin və etibarlılığın təmin edilməsinə nail olunur.