Finss.az - Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin regional bölmələrində həyata keçirilən yoxlamalar nəticəsində ciddi qanun pozuntuları aşkar olunub.
Xüsusilə, Cəlilabad regional nümayəndəliyi və digər bölmələrdə ciddi problemlər üzə çıxıb.
Qaynarinfo.az bildirir ki, pozuntular Lənkəran-Lerik-Astara rayon bölməsində də aşkar edilib. Hər iki ərazi üzrə aparılan yoxlamalar zamanı kütləvi qaydalar pozulub və ciddi qanunsuzluqlar müəyyən edilib.
Bununla əlaqədar olaraq, Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədovun əmri ilə "Aqroservis" ASC-nin Lənkəran-Lerik-Astara rayon bölməsinin direktoru Rahim Rzayev vəzifəsindən azad edilib. Bir müddət əvvəl saxlanılan və barəsində cinayət işi açılan Rahim Rzayevin həbs olunması da təsdiqlənib.
Yeni təyinatla, "Aqroservis" ASC-nin Lənkəran-Lerik-Astara rayon bölməsinin direktoru vəzifəsinə Zaur Muradov Ağaşirin oğlu gətirilib.
Hazırda "Aqroservis" ASC-nin sədri Mehman Veysəlov vəzifəsini icra edir.