Cəmiyyət

24 Yanvar

Qəsdən zədələnmiş hərbi biletlərə görə cərimələr 200 manata qaldırılır

Finss.az - Hərbi qeydiyyat sənədlərinin qəsdən korlanması və ya itirilməsinə görə cərimələr 4 dəfə artırılır.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 23 yanvar tarixində keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərə görə hərbi qeydiyyat sənədlərinin qəsdən korlanması və ya itirilməsinə görə cərimələr 4 dəfə artırılır.

Layihəyə əsasən, çağırışçılar və hərbi vəzifəlilər hərbi biletin və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin qəsdən korlanılmasına və ya itirilməsinə görə xəbərdarlıq ediləcək və ya 200 manat məbləğində cərimə ediləcək.

Qüvvədə olan qanunvericiliyə əsasən, bu cərimə 50 manatdır.

Zemfira Ms
Finss.az