Finss.az - Bu ilin əvvəlində 76 minədək aztəminatlı ailənin 335 minədək ailə üzvü ünvanlı dövlət sosial yardımı alıb.
Rəsmi statistikaya əsasən, bu yardımın bir nəfərə düşən orta aylıq məbləği 107.5 manat təşkil edib. Bundan əlavə, ötən il ərzində məcburi dövlət sosial sığorta haqları hesabına təyin olunan birdəfəlik müavinət alanların sayı 165.7 min nəfərə çatıb.
İlin əvvəlində ölkədə pensiyaçıların ümumi sayı 1 milyon 98.6 min nəfər olub ki, bu da ümumi əhalinin 10.7 faizini təşkil edir. Eyni zamanda, 455.5 min nəfər aylıq sosial müavinət, 402 min nəfər isə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alıb.