Cəmiyyət

17 Yanvar

Aİ Qəzzaya 120 milyon avro dəyərində yardım göndərəcək

Finss.az - Avropa İttifaqı (Aİ) bu il Qəzzaya 120 milyon avro dəyərində yardım göndərəcəyini açıqlayıb.

Aİ Komissiyasının bəyanatında bu yardımla birlikdə Avropa İttifaqının 2023-cü ildən etibarən Qəzzaya göndərdiyi ümumi yardımın 450 milyon avroya çatdığı vurğulanıb.

Bəyanatda Avropa İttifaqının hava yolu ilə göndərdiyi yardım paketlərinin ümumi çəkisinin 3800 tonu keçdiyi bildirilir. Yardım paketlərinin qida, sağlamlıq, sığınacaq, su və gigiyena vasitələrindən ibarət olacağı qeyd olunub.

Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen Qəzzada atəşkəsin təmin edilməsi ilə əlaqədar əldə olunan razılaşmanın, humanitar yardımların sürətlə çatdırılması üçün fürsət olduğunu bildirib.