Cəmiyyət

15 Yanvar

Audiovizual Şura operatorları 5 min manat cərimələyib

Finss.az - Audiovizual Şuranın 2024-cü il üzrə ümumi hesabatına görə, monitorinqlər nəticəsində televiziya və radio redaksiyalarında ümumilikdə 358 pozuntu faktı qeydə alınıb.

Bunların 348-i texniki səbəblərdən baş verdiyindən, yayımçılara bildirişlər verilib və pozuntular aradan qaldırılıb. Hesabata əsasən, il ərzində 3 xəbərdarlıq, 4 dəfə yayımın dayandırılması və 3 dəfə inzibati cərimə tətbiq edilib.

Oktyabrdan sonra 12 inzibati cərimə protokolu tərtib olunub, nəticədə 9 operator 5000 manat cərimələnib.