Cəmiyyət

14 Yanvar

Bərdədə 2025-ci təsərrüfat ili üçün səpin işləri aparılıb

Finss.az - Bərdə rayonunun taxılçıları 2025-ci təsərrüfat ili üçün 11 min 777 hektar sahədə səpin aparıblar. Bu sahələrin 6100 hektarı buğda, 5677 hektarı isə arpadır və hamısı suvarılan torpaqlarda yerləşir.

Bu barədə Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) bitkiçilik sektorunun müdiri Vahid Allahverdiyev məlumat verib.

Səpin kampaniyasında 1220 ton buğda və 1021,86 ton arpa toxumu istifadə olunub. Fermerlər buğdanın "Murov", "Qobustan", "Qırmızıgül", arpanın isə "Qarabağ-22", "Qarabağ-33", "Günəş" sortlarına üstünlük veriblər. Səpin zamanı 847 ton gübrə tətbiq edilib.

Ötən il Bərdə rayonunda 14 min 68 hektar sahədən 58 min 484 ton taxıl əldə edilib və hər hektarın məhsuldarlığı 41,6 sentner olub.